Modern.az

Nazirlikdən rəsmi məlumat: “Sakinlər Dövlət Neft Şirkətinin əməkdaşlarını döyüblər”

Nazirlikdən rəsmi məlumat: “Sakinlər Dövlət Neft Şirkətinin əməkdaşlarını döyüblər”

19 Aprel 2012, 13:01


Daxili İşlər Nazirliyi aprelin 18-də baş verən “Sulutəpə hadisəsi” barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, DİN-in məlumatında aşağıdakı cümlələr yer alıb:

“Aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirmiş və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət almışlar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir. Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstərmişlər. Cəhdin qarşısı alınmış, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılmışlar”.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu