KİV rəhbərləri dünən Sulutəpədə döyülmüş jurnalistlərin - İdrak Abbasov və Günay Musayevanın məruz qaldığı təzyiqlərlə bağlı “Ayna-Zerkalo” qəzetinnin redaksiyasında toplantı keçiriblər.
Bu gün keçirilən iclasda "Yeni Müsavat" , "Ayna-Zerkalo", "Azadlıq", "Şərq", “Bizim yol”, “Türküstan” qəzetlərinin, Mətbuat Şurasının, "Yeni nəsil” JB-nin, Demokratik Jurnalistlər Liqasının, Modern.az, “Qafqazinfo” saytlarının rəhbərləri, hüquq müdafiəçiləri iştitrak ediblər.
Qərara alınıb ki, qəzetçilərə fiziki xəsarət yetirmiş şəxslərin cəzalandırılmasını, bu kimi hallara son qoyulmasını təmin etmək üçün siyasi hakimiyyətə - Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və ombudsman Elmira Süleymanovaya müraciə edilsin.
Ayrıca qərar qəbul olunub ki, təşəbbüsü dəstəkləyən qəzetlərin 2-ci səhifəsində təzyiqə məruz qalan jurnalistlərin şəkilləri və onları döyən ARDNŞ mühafiəzçilərinin cəzalandırılmasını tələb edən şüar yerləşdirilsin.
Modern.az