Karantin rejimi Neft Daşlarında çalışan şəxslərə də şamil olunur.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahom Məmmədov bildirib.
NK rəsmisinin sözlərinə görə, bununla bağlı SOCAR-a tapşırıq verilib. İ.Məmmədov deyib ki, hazırda SOCAR da müvafiq işləri həyata keçirməkdədir.