Modern.az

Eskişəhər valisi BDU-da olub - FOTO

Eskişəhər valisi BDU-da olub - FOTO

19 Aprel 2012, 19:04

Bu gün Türkiyənin Eskişəhər valisi Qədir Qoçdəmirin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin tarixi, xarici əlaqələri və Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb, bu səfərə böyük əhəmiyyət verdiyini deyib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının daimi və əbədi olmasından danışan söz açan rektor bu səfəri əməkdaşlığın gələcək perspektivləri baxımından uğurlu hesab edib.

  Vali Qədir Koçdəmir, öz növbəsində,  Eskişəhərin 2013-ci  ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyini və bununla bağlı olaraq Azərbaycanın da iştirak edəcəyi tədbirlərin planlaşdırıldığını qeyd edib. Qonaq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən, habelə Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən danışıb.   Qeyd edək ki, 2011-ci ilin avqust ayında Eskişəhər valisi vəzifəsinə təyin olunan Qədir Qoçdemir “Azərbaycan-Türkiyə arasındakı qardaşlıq əlaqələrinin və Türk mədəniyyətinin inkişafına verdiyi töhfələrinə” görə 2004-ci ildə Azərbaycan Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görülüb.  

Azərbaycana etdiyi rəsmi səfər zamanı Qədir Qoçdemir  Gəncəni də ziyarət edib. Səfər zamanı Gəncə və Eskişəhərin qardaşlaşması haqqında protokol imzalanıb.  


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu