Modern.az

Moskvada öldürülən soydaşımız “Ded Xasan”ın adamı olub

Moskvada öldürülən soydaşımız “Ded Xasan”ın adamı olub

20 Aprel 2012, 16:47

Dünən Moskvada öldürülən azərbyacanlı iş adamı İlqar Cəbrayılovla bağlı bəzi təfərrüatlar bəlli olub. Modern.az “Novaya Qazeta”ya istinadən bildirir ki, İ.Cəbrayılov kriminal aləmlə bağlı olub və məşhur  “vor zakon” “Ded Xasan”ın klanında mühüm adamlardan sayılıb. Məlumatda bildirilir ki,  İ. Cəbrayılovu hətta “Ded Xasan”ın “katibliyinin rəhbəri” adlandırırmışlar.

“Danabaş” ləqəbi olan İ. Cəbrayılov “Ded Xasan”ın məmurlarla və hüquq-mühafizə orqanlarındakı mənbələri ilə əlaqəələrinə cavabdeh olub. 
52 yaşlı İ. Cəbrayılov dünən öz avtomobilində güllələnib. Toyota Land Cruiser markalı maşın svetaforun qırmızı işığında dayanan kimi kütlə arasından qəfil çıxan killer ona atəş açıb. İ.Cəbrayılov yerindəcə həlak olub. Polis onun sənədlərini araşdırarkən mərhumun üzərindən “İlqar Əliyev”in adına hazırlanmış saxta sənəd müəyyənləşdirib.

Modern.az  
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər