İspaniyada virusdan ölənlərin sayı 4 mini ötdü

İspaniyada virusdan ölənlərin sayı 4 mini ötdü

26 Mart 2020, 16:07

İspaniyada COVID-19 koronavirusu qurbanlarının sayı 4 min nəfəri ötüb, ötən sutka ərzində 656 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Martın 26-na olan məlumata görə, aşkar edilən yoluxma halları 56 min 188-ə çatıb. Ötən gün daha 8,5 min nəfərə COVID-19 diaqnozu qoyulub, həyatını itirənlərin ümumi sayı 4089 nəfərə çatıb. 3,7 min pasiyentin vəziyyəti ağırdır, 7 mindən bir qədər çox xəstə isə sağalıb.

 

Hazırda ən ağır vəziyyət paytaxt Madriddə müşahidə olunur (17 mindən çox yoluxma və 2 mindən çox ölüm halı). Kataloniyada da vəziyyət pisləşir. Burada 11,5 min xəstə və 672 ölüm faktı qeydə alınıb.

Aşkarlanan yoluxma hallarının və ölənlərin sayına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir. İspaniyanın hakimiyyət orqanları martın 14-dən 15 günlük yüksək hazırlıq rejimi tətbiq edib. Ölkə parlamenti martın 26-da bu rejimi aprelin 11-dək uzadıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu