Modern.az

Sabahın hava proqnozu verilib

Sabahın hava proqnozu verilib

20 Aprel 2012, 14:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumatına görə aprelin 21-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayolarında isə  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalına gəlincə isə yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu