Modern.az

Milli Məclisdə Şuşa ilə bağlı təklif irəli sürüldü

Milli Məclisdə Şuşa ilə bağlı təklif irəli sürüldü

20 Aprel 2012, 14:35

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Mübariz Qurbanlı da digər həmkarları kimi “Avroviziya” müsabiqəsi ilə bağlı geniş nitq söyləyib. Deputat bildirib ki, bu zamana kimi dünyanın heç bir ölkəsində müsabiqə belə ajiotaj yararmayıb.

  “Bu il Bakıda keçiriləcək “Avroviziya” müsabiqəsi sayca 57-ci dir. Bundan əvvəl 56-cı “Avroviziya” keçirildi. Bununla bağlı biz araşdırma aparmışıq. Azərbaycanla bağlı yaradılan ajiotaj dünyanın heç bir yerində yaradılmayıb. Qeyd edim ki, Azərbaycana qarşı bəzi qüvvələrin təxribatı, informasiya müharibələrinin qarşısı alnacaq. Hər bir azərbaycanlı belə böyük uğurumuzdan qürur duymalıdır. Bu məsələdə ciddi olmalıyıq. Bunun əleyhinə iş aparmamalıyıq”-deyə M.Qurbanlı vurğulayıb.   Deputat daha sonra Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı prezidentin sərəncamına münasibət bildirib. M.Qurbanlı bununla bağlı parlament qarşısında bir sıra təkliflər irəli sürüb   “Mən təklif edirəm ki, bu iyirmi illə bağlı Azərbaycan parlamenti ayrı-ayrı beynəlxalq təşkilatlara məktublar ünvanlasın. İşğal olunmuş ərazilərlə bağlı xüsusi bir sənəd hazırlanılsın”.  

Plenar iclasda daha sonra deputat Elman Məmmədov çıxış edərək qeyd deyib ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından narkotika alqı-satqısı həyata keçirir. Bunun mütləq qarşısı alınmalıdır.   

“Beynəlxalq təşkilatlar Azərbaycanın sürətlə silahlandığını bildirirlər. Niyə onlar bildirmirlər ki, Azərbaycan nə üçün silahlanır. Buyursunlar işğalçı qüvvələr ərazilərimizdən çıxsınlar, bundan sonra bizə silah lazım deyil. Niyə göstərmirlər ki, Ermənistan Rusiyadan silah alır. Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə Şərqə ötürür və Şərqdən də narkotikanı Avropaya ötürür. Bu məsələlərin qarşısı alınmalıdır. Azərbaycan ordusu hər zaman güclənəcək. Biz müharibəyə hazır olmalıyıq”-deyə deputat əlavə edib.  

Modern.az
     
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu