Modern.az

Ağdam sakini bıçaqlandı

Ağdam sakini bıçaqlandı

27 Mart 2020, 23:23

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E.Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI