Modern.az

ABŞ koronavirusun təsirini azaltmaq üçün daha 2 trilyon xərcləyəcək

ABŞ koronavirusun təsirini azaltmaq üçün daha 2 trilyon xərcləyəcək

27 Mart 2020, 23:54

 ABŞ Konqresinin Nümayəndələr Palatası mühüm qanunu dəstəkləyib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, qanun koronavirusun təsirinə məruz qalmış amerikalılar və bir çox bizneslərə maliyyə ayrılması məqsədilə iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon ABŞ dolları ayrılmasını nəzərdə tutur.


Qeyd edək ki, bundan əvvəl Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatını mənfi təsirini minimuma endirmək üçün 2 trilyon dollarlıq iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə ediblər.

Paket xəstəxanalar üçün maliyyələşdirmə, işsizlik sığortası, böyük müəssisələrə ediləcək maddi yardımı özündə ehtiva edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi