Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Azərbaycanın inzibati hüququ” mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Modern.az xəbər verir ki, müsabiqəyə təqdim olunan materiallar əvvəlcədən anonimləşdirilərək müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə 1-ci yerə “Vurun uçsun” məqaləsinə görə Gülər Mehdizadə (
var.az saytı) tutub. 2-ci yeri eyni bal topladıqlarına görə, “İnzibati işlərdə məhkəmə aidiyyəti ilə bağlı yaranan problemlər: təcrübəsizlik, yoxsa qanunvericilikdə boşluq?” yazısına görə Könül Zərbəliyeva (“T
rend” agentliyi) və “Fərdi taksilər hansı qanuna əsasən yığışdırılır?” məqaləsinə görə Ülviyyə Məmmədova (
Modern.az saytı) layiq görülüb.
Tədbirdə həmçinin GİZ-nin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə inzibati hüquqa həsr olunmuş yeni internet səhifəsinin təqdimat mərasimi də keçirilib.
GİZ-in Azərbaycandakı layihə rəhbəri Tomas Melser bildirib ki, www.inzibati.az ünvanlı internet saytı vətəndaşlar və hüquqşünaslar üçün nəzərdə tutulub. Bu sayt vasitəsilə Azərbaycanın yeni inzibati hüququ haqqında məlumatlar əldə edə və onun tətbiqi ilə bağlı məsləhətlər ala bilərlər. Eyni zamanda, sözügedən internet səhifəsində yerləşdirilmiş qısametrajlı sənədli film vasitəsilə vətəndaşlar Azərbaycanda yeni inzibati hüququn tətbiqinə başlanması prosesi barədə də informasiya ala bilərlər. Saytda həmçinin Azərbaycan Respublikasının bütün inzibati-iqtisadi məhkəmələrinin qərarları, inzibati hüquq sahəsindəki yeniliklər və mətbuatda sözügedən sahə ilə bağlı dərc ölünmüş aktual xəbərlərlə tanış olmaq imkanı əldə edəcəklər.
Modern.az