Modern.az

“Azərsu” 4100 nəfərdən 57-sini işə götürüb

“Azərsu” 4100 nəfərdən  57-sini işə götürüb

20 Aprel 2012, 16:01

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işə qəbul prosesində subyektiv faktorların aradan qaldırılması və insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. Kadrların seçilməsi, onların işə qəbulu, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, eləcə də xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə 2012-ci ildən “Azərsu” ASC-də İnsan resursları şöbəsi formalaşdırılıb.  Hazırda “Azərsu” ASC-ə işə qəbul bu şöbə tərəfindən müraciət edən vətəndaşların bilik və bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu zaman həlledici rolu iddiaçıların peşə hazırlığı oynayır. İşçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə  imtahanı), ikinci mərhələsi  isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.

2012-ci ilin birinci rübündə 4100-dən artıq namizədin elektron müraciəti qəbul olunaraq ilkin təhlil mərhələsindən keçirilibdir.  Müraciət edənlərin 620 nəfər test mərhələsinə dəvət olunub və onların 57 nəfəri işə qəbul edilibdir.

 Qeyd edək ki, “Azərsu” ASC-də ixtisas və peşəsinə uyğun vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyənlər www.azersu.az veb-səhifəsinin “İnsan Resursları”   bölməsinə daxil olub şəxsi məlumatlarını orada göstərilən elektron ünvana göndərməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu