Modern.az

Deputat AXCP-ni “vurdu”, Müsavatı müdafiə etdi

Deputat AXCP-ni “vurdu”, Müsavatı müdafiə etdi

20 Aprel 2012, 17:22

Milli Məclis günün ikinci yarısında yenidən öz işini davam etdirir. Parlamentdə hazırda “Siyasi partiyalar haqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi ilə bağlı çıxış edən deputat Fazil Mustafa Müsavat Partiyasının müdaifəsinə qalxıb. O, qeyd edib ki, Müsavat tarixi baxımdan Azərbaycan üçün çox önəmli bir partiyadır, bu baxımdan dövlət tərəfindən maliyyələşdirilməlidir.

“Azərbaycan üçün Müsavat tarixi bir partiyadır. Onlar da bu qanundan, maliyyələşmə məsələsindən mütləq yararlanmalıdır. Parlamentdə iştirak etməməsinə baxmayaraq, Müsavat tarixi partiyadır”-deyə F.Mustafa bildirib.

Deputat digər müxalifət partiyası olan AXCP-ni isə xarici qüvvələrlə işbirliyində ittiham etdi. F.Mustafa qeyd edib ki, AXCP Əbülfəz Elçibəyin qoyduğu partiya deyil:

“Cəbhə Elçibəyin qoyub getdiyi partiya deyil. O xarici qüvvələrin dəstəyindən istifadə edən bir dərnəkdir. Müsavat tarixi bir partiyadır. Ona görə bu məsələnin həlli ilə müəyyən söz-söhbətləri aradan qaldırar, həm də beynəlxalq təşkilatların bu qanuna qarşı münasibətini dəyişə bilər. Hesab edirəm ki, bu fikirlərin aradan qaldırılması üçün Müsavat Partiyasına diqqət ayrılmalıdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu