Bakı şəhərinə yeni prokuror təyin edilib. Modern.az-ın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əziz Seyidov növbəti səlahiyyət müddətinə Bakı şəhər prokuroru təyin edilib.
Ölkə qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar. Bakı şəhər prokuroru Əziz Seyidovun səlahiyyət müddəti bu ay başa çatıb.
Beləliklə o, daha 5 il Bakı şəhərinin prokuroru kimi çalışacaq.