Bakının Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sədərək Ticarət Mərkəzi istiqamətində, Bakı Kənar Dairəvi Yolunun 11-ci kilometrliyində qeydə alınıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Qax rayonundan ticarət mərkəzinə sərnişin gətirən 90 XT 481 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus 66 BG 242 dövlət nömrə nişanlı "KAMaz"a arxadan çırpılıb. Zərbənin gücündən yük maşını aşıb.
Hadisə nəticəsində iki nəfərin öldüyü və 30-dan çox adamın yaralandığı bildirilir.
Avtobus sürücüsünün köməkçisi Şərif Əfəndiyevin verdiyi məlumata görə, öncə avtobusu “Ford” markalı 90 JX 524 dövlət nömrə nişanlı yol təmizləyən maşın vurub. Nəticədə avtobus qabaqda gedən yük maşınına çırpılıb. Ş.Əfəndiyevin sözlərinə görə, yolda hava dumanlı olduğuna görə avtobus sürücüsü idarəetməni itirib. O həmçinin bildirib ki, ölənlərdən biri avtobusun sərnişini olan qadındır.
Modern.az