Modern.az

Əli Əhmədov “Siyasi partiyalar haqqında” qanundan narazı qaldı

Əli Əhmədov “Siyasi partiyalar haqqında” qanundan narazı qaldı

20 Aprel 2012, 18:52

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun laiyhəsinin müzakirəsi zamanı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı sənədə əlavə və dəyişikliklərlə bağlı münasibət bildirib.

F.Ağamalı parlament seçkilərinə 5 il müddətinə qatılmayan partiyalarım ləğv edilməsini tələb edib. Deputat partiyaların maliyyləşməsi ilə bağlı məsələyə toxunaraq bildirib ki, yalnız paytaxtda fəaliyyət göstərən partiyalar digər partiyalarla eyni maliyyə vəsaiti ala bilməzlər:

“Bizim partiyamızın 62 rayon təşilatı var. Ancaq elə partiya var ki, yalnız Bakıda fəaliyyət göstərir. Onlarla biz eyni vəsait almalıyıq? Bu düzgün məsələ deyil. Biz o pulu rayonlarda təşkilati işlərə sərf edəcəyiksə, digərləri yalnız özlərinə xərcləyəcəklər”.

Müsakirələr zamanı YAP-ın icraçı katibi Əli Əhmədov da səslənən fikirlərə münasibət bildirib. O qeyd edib ki, siyasi partiyalara dövlət tərəfindən maliyyə dəstəyi verilməsi böyük məsələdir. “Düşünürəm ki, burada əsas məsələ maliyyə ilə bağlı hansı meyarların olmasıdır. Bu məsələyə ünvanlı sosial yardım məsələsi kimi yanaşmaq düzgün deyil. Əsasən burada ictimai etimad və fəaliyyət səmərəliliyi olmalıdır”-deyə Ə.Əhmədov vurğulayıb.

Ə.Əhmədov bildirib ki, hazırda Milli Məclisdə siyasi tərəfi olan 84 deputatdan 71-i YAP-ın üzvüdür. YAP rəsmisi hesab edir ki, onlara ümumi vəsaitdən ayrılan 44 faiz pay ədalətsizlikdir. “Lakin hakim partiya buna baxmayaraq yenə də  kompromisə getmək niyyətindədir”.

Daha YAP-çı deputat müzakirə olunan qanun layihəsində siyasi partiyatarın müharibə təbliğatı ilə məşğul olmaması haqda müddəaya toxunaraq, qeyd edib ki, bu doğru yanaşma deyil.

Müzakirələrə qoşulan digər YAP-çı deputat Siyavuş Novruzov millət vəkili Fazil Mustafanın Müsavat Partiyası ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Bəli, Müsavat Partiyası əvvəllər tarixi partiya olub.Lakin indi onun adı tarixi ola bilər. Ordakı adamılar tarixi deyillər. Bunlar nə dövlətə, nə də xalqa xidmət edirlər. Onların maliyyə ilə bağlı yanaşması doğru deyil. Burda əsas məsələni seçici həll edir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu