Modern.az

Prezident Pakistan xalqına baş sağlığı verib

Prezident Pakistan xalqına baş sağlığı verib

21 Aprel 2012, 12:15

Azərbaycan prezidenti İlham Əliyev Pakistanda baş verən təyyarə qəzası ilə bağlı ölkə başçısı Asif Əli Zərdariyə başsağlığı məktubu göndərib. Mətubda deyilir:

“Hörmətli cənab Prezident,

 İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

 Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 Allah rəhmət eləsin!”

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu