Modern.az

Komitə sədri: “Şəhərsalma baxımından xeyli nöqsanlara yol verilib”

Komitə sədri: “Şəhərsalma baxımından xeyli nöqsanlara yol verilib”

21 Aprel 2012, 12:39

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən komitə sədri Abbas Ələsgərov qeyd edib ki, ölkənin hər yerində tikinti-quruculuq işləri geniş vüsət alıb. Bununla belə, bir sıra şəhər və rayonlarda əhalinin vəsaiti hesabına tikilən obyektlərin şəhərsalma nöqteyi nəzərindən sənədləşdirilməsində xeyli nöqsanlara da yol verilib.
”Bu sahədə Komitə tərəfindən onların aradan qaldırılması üçün görülən işlərlə kifayətlənmək olmaz. Bu istiqamətdə daha ciddi addımlar atılmalıdır, hər bir işçinin məsuliyyəti yüksəldilməli, cavabdeh olduğu ərazilər və məsələlər  konkretləşdirilməlidir”-deyə A.Ələsgərov bildirib..

Sonra  Komitənin nəzarət şöbəsinin müdiri Dilxoş Nuriyev "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq Komitənin əməkdaşları tərəfindən 2011-ci ildə aparılan nəzarət tədbirləri nəticəsində aşkarlanmış, şəhərsalma sənədləri ilə əsaslandırılmadan, həmçinin şəhərsalma norma və qaydalarının tələblərini  pozmaqla yerləşdirilən obyektlər barədə çıxış edib.
Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu