Modern.az saytı xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən bildirilir ki, aprelin 20-də saat 16.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Eldar Vahidov "Daewoo" markalı avtobusu idarə edərkən onu Naib Nəzərəliyevin idarə etdiyi "Ford" markalı avtomaşına, sonra isə qarşıda gedən Salyan rayon sakini Əhmədağa Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub. Nəticədə, E.Vahidov və sərnişinlərindən Lizi Veroşpili hadisə yerində ölüb, xəsarət alan digər 15 nəfər sərnişinlər isə xəstəxanaya yerləşdirilib. Xəsarət alanları vəziyyətləri orta-ağırdır.
Modern.az