Bu gün Azərbaycanda təşkil olunacaq “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə əlaqədər növbəti tanıtım reklamı keçiriləcək. Bunun üçün saat 16:30-da Bakı Biznes Mərkəzinin qarşısından mötəbər yarışma üçün gətirilən 3 avtobus şəhər turundan sonra, Qaradağ rayonu istiqamətində yola düşəcək.
Bunları Modern.az-a “Eurovision” Fan-Klubunun üzvü Səməd Salamzadə deyib. O, bunun Fan-Klubu tərəfindən “Eurovision-2012” ruhunu müəyyən istiqamətlər üzrə, müəyyən rayonlarda yaşanması üçün nəzərdə tutdulğunu bildirib: