Azərbaycan Liberal Partiyasının (ALP) lideri xanım Lalə Şövkət, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib.
VİP mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, dünyada və Azərbaycanın daxil olduğu siyasi coğrafiyada baş verən mühüm proseslər, ALP, AYP və VİP arasındakı yaxın və uzaq perspektiv üçün əməkdaşlıq formaları və 3 partiyanın digər siyasi və qeyri-siyasi birliklərlə münasibətləri müzakirə olunub.
Bu sırada son günlərdə ALP, AYP və VİP-ə Ədalət Partiyası tərəfindən irəli sürülmüş əməkdaşlıq təkilfinə dair geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə ALP sədri Əvəz Temirxan da iştirak edib.
Modern.az