Modern.az

YAP hədəfini açıqladı: “600 min nəfərə çatmalıyıq”

YAP hədəfini açıqladı: “600 min nəfərə çatmalıyıq”

21 Aprel 2012, 16:13

Modern.az-ın məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşklatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, ötən gün Milli Məclis tərəfindən «Siyasi partiyalar haqqında» qanuna edilmiş dəyişikliklərlə əlaqədar YAP-ın və onun yerli sturkturları qarşısında mühüm vəzifələr dayanır. Onun sözlərinə görə, bu vəzifələrə uyğun olaraq fəaliyyət strategiyası müəyyənləşdirlməlidir.

İcra katibi deyib ki, Azərbaycan dinamik inkişaf edir, ölkəmizdə uğurlu islahatlar aparılır və bu proses bütün sahələri əhatə edir. Ə.Əhmədovun fikrincə, bu amil bütövlükdə ölkəmizdəki ictimai ab-havanı müəyyənləşdirir: «Bu mühitin əsas qayəsini də ictimai-siyasi sabitik təşkil edr. Ökəmizdəki ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara, sosial siyasətə, bütövlükdə dövlət siyasətinə və dövlət hakimiyyətinə münasibətinin bariz ifadəsidir. Bu fakt təsdiqləyir ki, Azərbaycan vətəndaşları prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir».

Ə.Əhmədov bildirib ki, aparılan siyasət Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə, qazanılan uğurlarda YAP və onun üzvlərinin, eləcə də yerlu strukturlarının özünəməxsus rolu var. Hər il partiyanın sıralarına 25-30 min insanın qoşulduğunu deyən icra katibi bu faktın cidd əsaslarının olduğunu deyib: «Bu fakt ölkə vətəndaşlarının partiyamıza və partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə verdiyi dəstəyin ifadəsidr. Bu gün YAP sıralarında 560 mindən çox insan birləşib. Bu reallıqlar onu dməyə əsas verir ki, yaxın gələcəkdə partiyamızın üzvlərinin sayı 600 min nəfərə çatacaq».

Ə.Əhmədov çıxışı zamanı Azərbaycanın uğurlarına, inkişafına sevinməyən xaici qüvvələrin olduğunu da qeyd edib. İcra katibi bildirib ki, bu qüvvələrə ölkəmizin daxilində dəstək verən dairələr də mövcuddur: “Həmin qüvvələrin anti-Azərbaycan fəaliyyəti xalqımız tərəfindən qətiyyətlə pislənilir”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu