Aprelin 22-də Fransada prezident seçkilərinin birinci turu keçirilir.
Prezidentlik uğrunda 10 namizəd mübarizə aparır.
Səsvermənin ilkin nəticələri aprelin 22-də seçki məntəqələri bağlandıqdan sonra açıqlanacaq.
Əsas mübarizənin hazırkı prezident Nikola Sarkozi və Sosialist Partiyasının sədri Fransua Olland arasında gedəcəyi bildirilir. Son sosioloji sorğuların nəticələrinə əsasən, səslərin 30%-i Fransua Ollanda, 26%-i isə Nikola Sarkoziyə verilə bilər.
Sarkozi və Ollandla bərabər seçkilərdə eləcədə ifrat sağçıların lideri Marin Le Pen, "Demokratik hərəkatın" sədri Fransua Bayru, "Sol cəbhənin" təmsilçisi Jan-Luk Melanşon, "Avropa Ekologiya - yaşıllar" partiyasının sədri Eva Joli, "Respublika, ayağa qalx" partiyasının başçısı Nikola Dupon-Enyan, "Həmrəylik və tərəqqi" partiyasının yaradıcısı Jak Şeminda, ifrat solçu "Yeni antikapitalist partiyasının" başçısı Fillip Putu və "Fəhlə mübarizəsi" partiyasının sədri Natali Arto iştirak edirlər.
Fransada prezident 5 illik müddətə seçilir.
Seçkilərin birinci turunda qalib (50% + 1 səs) müəyyən edilməsə, Frnsada prezident seçkilərinin 2-ci turu mayın 6-da keçiriləcək.