Modern.az

Fransada koronavirusdan bir gündə 471 nəfər öldü

Fransada koronavirusdan bir gündə 471 nəfər öldü

Dünya

2 Aprel 2020, 23:02

Fransada son sutka ərzində koronavirus infeksiyasına yoluxma nəticəsində xəstəxanalarda 471 nəfər ölüb.

Modern.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.

Jerom Salomon  qeyd edib ki, Fransada virusdan ölənlərin ümumi sayı 4503 nəfərə çatıb:

“Martın 1-dən bəri Fransada 4503 ölüm faktı qeydə alınıb, ölənlərin 83%-i 70 yaşından yuxarı insanlardır. Təkcə son sutkada 471 ölüm baş verib. Ölkədə virusa təsdiqlənmiş yoluxma hallarının sayı 59 105 nəfərə çatıb. Hazırda xəstəxanalarda 26 246 nəfər var, onlardan 6399-u reanimasiyalardadır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI