Almaniyada evlilik həyatı yaşayan azərbaycanlı jurnalist Zemfira Ələsgərovanın ilk kitabı çap olunub. Bu barədə Modern.az-a Z.Ələsgərovanın özü məlumat verib.
”Çoxdandır bu kitab üzərində işləyirdim. Nəhayət bu ay kitabımı Almaniyada cap etdirdim. "Ausländer sein..." adlı kitabım bizim dildə "Yabançı olmaq..." və ya "Qürbətdə yaşamaq..." kimi tərcümə edilə bilər.
Kitabda ölkəmizlə bağlı da çox dəyərli məlumatlar var. Əslində mövzu gürbətdə yaşamağın zorluqları, ailə, vətən həsrəti, demokratik cəmiyyətdə yaşamanın problemləri olsa da, bir jurnalist ustalığıyla söz arasında torpaqlarımızın 20 faizinin erməni işğalında olduğunu, hətta Türkmənçay, Gülüstan müqavilələriylə ikiyə bölündüyümüzə dair çox cəsarətli bilgiləri alman ictimaiyyətinə çatdırmağa çalışmışam”.
Z.Ələsgərova deyib ki, Almaniyada bir kitab yazmaq və bunu çap etdirmək asan məsələ deyil. Mən bunu bacardım və indi ikinci kitabımı hazırlayıram.
Z.Ələsgərova Azərbaycanda çıxan “7 gün”, “Panorama”, “Yeni Yüzil” və digər qəzetlərdə çalışıb. Almaniyada Oğuz adlı türklə evlidir, bir qızı var.