Modern.az

ATƏT Bakı Ofisinin rəhbəri: “Mitinq üçün daha mərkəzi yerlər ayrılacaq…”

ATƏT Bakı Ofisinin rəhbəri: “Mitinq üçün daha mərkəzi yerlər ayrılacaq…”

Təhsil

23 Aprel 2012, 14:23

“Gələcəkdə aksiyaların keçirilməsi üçün gündəlik həyata təsir göstərməyəcək daha mərkəzi yerlərdə yer veriləcək. Yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyirlər. Hesab edirəm ki, şəhərin mərkəzində və bəzi yollarında tikinti işləri başa çatandan sonra bununla bağlı da müəyyən qərarlar qəbul ediləcək”.
Bu sözləri APA-ya müsahibəsində ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib. O qeyd edib ki, nümayişçilərin öz fikirlərini daha geniş kütlələrə çatdırması üçün mərkəzdə yerlərin seçilməsi lazımdır.

“Əgər insanlar yıxıcı, etikadan kənar məsələlər istisna olunmaqla, toplaşmaq istəyirlərsə, buna izn vermək gərəkdir”-deyə o vurğulayıb.
O, müxalifətin son aksiyalarına münasibətini açıqlayıb. Mitinqlərin problemsiz keçdiyini deyən Tarqay bildirib ki, beş ildən bəri ilk dəfə rəsmi olaraq aksiyaların keçirilməsi üçün yer hər iki tərəf arasında razılaşdırılıb.
“İctimai aksiyalarda məqsəd fikirləri insanlara a,ıqlamaqdır. Boş ərazinin ortasında 300-500 nəfər toplaşıb nə deyir desin, effekti olmayacaq. Nümayişlərdə məqsəd fikirlərini kütləyə çatdırmaqdır. Kimsə bunu bəyənər, ya bəyənməz, onun öz işidir”-deyə o vurğulayıb.    
Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu