Modern.az

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da keçiriləcək

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da keçiriləcək

3 Aprel 2020, 11:19

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

 

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

 

Qeyd edək ki,  bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi