Modern.az

Üç ayda Azərbaycanda 43,3 min uşaq doğulub – STATİSTİKA

Üç ayda Azərbaycanda 43,3 min uşaq doğulub – STATİSTİKA

Təhsil

23 Aprel 2012, 14:50

Bu gün Dövlət Statistika Komitəsində 2012-ci ilin birinci rübünə həsr olunmuş mətbuat konfransı keçirilib. Komitə rəhbəri Arif Vəliyev  bildirib ki, ümumi daxili məhsulun istehsalı  0.5 faiz artaraq 12.3 milyard manata çatıb. Ümumi daxili məhsul istehsalı qeyr-neft sektorunda 7,7 faiz artıb, neft sektorunda isə 4.7 faiz azalıb.

“Xam neftin azalması neftin azalması kimi izah oluna bilməz, sadəcə bu, neftin çıxarılma tempinin aşağı düşməsi ilə  əlaqədardır. Bu muddət ərzində təbii qaz, maye qaz, politelinin ixracı artıb. Təbii qazın ixracı 2,7,faiz artıb. Quş əti, təzə tərəvəz, meyvə, bitki yağları, məişət avadanlıqaları, avtomobillərin idxalı çoxalıb. Kərə yağı, çay, buğda, şəkər idxalı azalıb”.

Ət, meyvə, tərəvəz, balıq, çay, konfet, tütünün qiymətlərində artım müşahidə olunub. Çörəyin, südün qiymətlərində azalma olub.

Əhalinin gəlirləri 13, 9 faiz artaraq, 7,2 milyon manata çatıb. Gəlirlərin 66,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 22,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.
Əhalinin banklara qoyduqları məbləğ  37,8 faiz artaraq, mart ayının 1-nə kimi 4.3 milyard manata çatıb. Verilmiş kreditlərin məbləği 21.9 faiz artaraq, 10.2 milyard manat təşkil edib. Kreditlərin 70 faizi uzun müddətə verilib, 6,4 faizinin ödəmə vaxtı keçib.

A.Vəliyevin sözlərinə görə, informasiya və rabitə müəssisələri əhaliyə 289,8 manatlıq, keçən ilin birinci rübünə nisbətən 8 faiz çox xidmət göstərilib.

 Mobil telefonlardan istifadə 3 faiz artaraq, 98 faizə çatıb.Demək olar ki, 2 faiz ailələrdə mobil telefondan istifadə olunmur.  Fərdi komputerlərdən istifadə 1,6 faiz artıb. Eyni zamanda peyk antenalarından da istifadə artıb.

Bu il aprelin 1-nə olan məlumata görə, əhalinin sayı 9,2 milyon olub, 43,3 min uşaq doğulub, ölənlərin sayı 14, 4 min nəfər olub. Nikahlar hər min nəfərə 7,6 faiz, boşanmalar isə 1,1 faiz təşkil edib.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu