Millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, İHA kanallarında və bır sıra tanınmış KİV-də Qarabağ və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədən danışıb
Türkiyənin TRT kanalına müsahibəsində millət vəkili Qənirə Paşayeva bildirib ki, Türk milləti heç bir zaman heç bir millətə, o cümlədən ermənilərə qarşı heç bir soyqırım həyata keçirməyib.
“Osmanlı imperiyası 500 il ərzində böyük bir coğrafi məkanı idarə edib. Amma 500 il sonra Osmanlı imperiyasından çıxan bütün xalqalr öz dillərinə, dinlərinə sahib olaraq çıxdılar. Osmanlı heç kimim nə dilinə, nə də dininə toxunmamışdı, bu bir tarixi gerçəkdir”, - deyə millət vəkili qeyd etmişdi. Millət vəkili Türkiyənin öz tarixini bütün çılpaqlığı ilə ortaya qoymağa hazır olduğunu bildirdi. “Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistana bütün arxivlərin açılması ilə və tarixçilərdən ibarət bir komissiyanın yaradılması təklifi ilə çıxış etdi, amma Ermənistan və erməni diasporu qəbul etmədi. Çünki o zaman bütün gercəklər ortaya çıxacaqdı ”.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq.
“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Çünki Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”, - deyə millət vəkili əlavə edib.
Millət vəkili bu il Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ilinin tamam olduğunu diqqətə çatdırıb və Ermənistanın bu ərazilərdə, o cümlədən işğal etdiyi digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlıların milli-mədəni irs abidələrinin, qəbiristanlıqlarının dağıdılması, dinc əhaliyə qarşı apardığı soyqırımlar haqqında da danışıb.
Bundan başqa Türkiyənin bir sıra KİV-də Türk Ocaqları tərəfindən təşkil olunmuş “Azərbaycandan Türk dünyasına baxış” və “Dağlıq Qarabağ problemi” konfranslarında iştirak etmiş millət vəkili Qənirə Paşayevanın Dağlıq Qarabağ münaqişəsi və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Azərbaycanın daima qardaş Türkiyənin yanında olması ilə bağlı fikirləri geniş işıqlandırılıb.
Modern.az