Modern.az

Kiçikhəcmli gəmilərin texniki baxışdan keçirilməsi DAYANDIRILDI 

Kiçikhəcmli gəmilərin texniki baxışdan keçirilməsi DAYANDIRILDI 

3 Aprel 2020, 15:16

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

 

Xüsusi karantin rejimində texniki baxış müddəti bitmiş kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI