Bakı Şəhər İcra Hakimiyətindən Modern.az saytına verilən məlumata görə, Gül bayramı ilə əlaqədar hazırlıq işlərinə başlanılıb. Aldığımız məlumata görə, Gül bayramı hər zaman olduğu kimi Heydər Əliyev adına Respublika Sarayının qarşısında keçriləcək.
“Bayram üçün haradan və nə qədər gül gətiriləcəyi barədə indidən danışmaq tezdir. Eyni zamanda bayramın neçə gün keçiriləcəyi barədə də hələ dəqiq heç nə deyə bilmərik. Hazırlıq işləri gedir və hər zamankı kimi möhtəşəm tədbir olacaq” -deyə meriyadan Modern.az-a bildirilib.
Aytən ƏLİYEVA