Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu deyib.
Dövlət başçısı Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini qonaqlarında diqqətinə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az