Modern.az

Jurnalistlərlə GENDER məsələsi müzakirə olunub

Jurnalistlərlə GENDER məsələsi müzakirə olunub

23 Aprel 2012, 17:40

Bu gün “Gender tədqiqatları”mərkəzində Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadın liderliyi və qərarvermə proseslərində iştirakı” mövzusunda seminar keçirilib.

 Layihənin əsas məqsədi bütün səviyyələrdə qərar qəbulu prosesində qadınların bərabərhüquqlu iştirakında maneələrin aradan qaldırılması yolu ilə qadınların vəziyyətinin yaxşılaşması, cəmiyyətdə statusunun və siyasi iştirakının yüksəlməsi  və gender bərabərliyinin təmin edilməsidir.

Layihə  çərçivəsində “Lider Qadınlar”, “Üniversitet Təhsili Qadınlar Cəmiyyəti”, “Qadınlar gələcək uğrunda” ictimai birlikləri “Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir adı altında birləşib.

İctimai rəyin formalaşmasında  KİV-in rolu danılmaz olduğundan, layihə KİV nümayəndələri üçün ikigünlük  təlim nəzərdə tutub. Seminarda Parlament Jurnalistlər Birliyinin 20-ə yaxın üzvü iştirak edib.

Seminarda   millət vəkili  Məlahət İbrahimqızı da iştirak edib.

AYGÜN ASİFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu