2012-ci ilin birinci rübündə “Azəriqaz” İstehsalat Birliyinin 185 nömrəli “qaynar xətt”inə 3602 müraciət daxil olub. Bu barədə də Modern.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, daxil olan zənglərin 97,5 faizi və ya 3514-ü Bakı şəhəri və Abşeron rayonunda yaşayan vətəndaşlar tərəfindən edilib.
Müraciətlərin təqribən 63,2 faizi və ya 2277-si qaz sayğaclarının koda düşməsi, 10,1 faizi və ya 364-ü istifadə olunan qaza görə əmələ gəlmiş borcun araşdırılması, 4,3 faizi və ya 156-sı qazın təzyiqinin aşağı olması, 3,3 faizi və ya 120-si qaz xətlərindəki qəza, qalan hissəsi isə müxtəlif məsələlərlə bağlı olub. Cari ilin birinci rübündə ən çox müraciət (müraciətlərin 46,3 faizi və ya 1671-i) havaların qarlı-şaxtalı keçdiyi fevral ayına təsadüf edib.
Müraciətlərin 66 faizi və ya 2387-si yerli Qaz İstismar sahələrinə yönəldilmiş, qalan hissəsi isə “qaynar xətt”in dispetçerləri tərəfindən cavablandırılıbdır.
“Azəriqaz” İB-nin “qaynar xətt”inə edilən bütün müraciətlər qeydə alınaraq, Birliyin müvafiq struktur bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapıb
Modern.az