Modern.az-ın məlumatına görə, “Bakıelektrikşəbəkə” ASC Tədris Mərkəzində vakant olan Metodist və İstehsalat Təlim Ustaları vəzifələrinə bu sahədə yüksək ixtisasa malik olan mütəxəssislərin işə qəbul olunması üçün müsabiqə elan edir.
Müsabiqə ilə bağlı ətraflı məlumat qurumun rəsmi internet saytına yerləşdirilib. Qeyd edək ki, vakansiyalarla maraqlanan şəxslər sənədlərini 15.05.2012-ci il tarixinə kimi hər iş günü 10 00 -17 00 kimi “Bakıelektrikşəbəkə” ASC-nin Kadrlar şöbəsinə təqdim edə bilərlər.
Modern.az