Modern.az

Prezident QHT Şurasının üzvlərini təyin etdi - SİYAHI

Prezident QHT Şurasının üzvlərini təyin etdi - SİYAHI

23 Aprel 2012, 19:28

Modern.az xəbər verir ki, ölkə başçısı İlham Əliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin ediliblər.

 Dövlət orqanlarından 

Süleymanov Tahir Veys oğlu- A zərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini
Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Məcidli Vüqar Sabir oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

Qeyri-hökumət təşkilatlarından 

Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi
Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Mirzəzadə Rəna Rza qızı - Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri
Qədirov Vüqar Kərim oğlu - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
Vəliyeva Dilarə Hətəm qızı -“Mülk” İctimai Assosiasiyasının prezidenti
İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti
Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu