Bərdədə bir məcburi köçkün ailəsinin üzvləri birdən-birə 3 nəfər artıb. Söhbət gənc ailədə üçəm körpənin doğulmasından gedir. Ağdamdan olan 19 yaşlı Sevinc Atayeva üçəm uşaq dünyaya gətirib. Yenicə düyaya gələn körpələrin hər üçü qızıdır. Bu, Atayevlər ailəsinin ilk övladlarıdır. Doğuşun vaxtından əvvəl baş verməsinə baxmayaraq, həkimlər uşaqların və ananın vəziyyətinin normal olduğunu bildiriblər.
Qeyd edək ki, hazırda rayon Mərkəzi Xəstəxanasında olan körpələr bütün tibbi müayinədən keçib və onlar ciddi həkim nəzarətində saxlanılır.
2011-ci il ərzində Azərbaycanda 33 üçəm doğulub.
Modern.az