Modern.az

Xarici səfirlər müxalifətlə görüşəcək

Xarici səfirlər müxalifətlə görüşəcək

Təhsil

24 Aprel 2012, 11:14


Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirləri müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata ilə görüşəcək. Bu barədə Modern.az-a İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib. G.Aslanlının sözlərinə görə, diplomatik görüş yaxın günlərdə baş tutacaq.

“Ötən il Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri ilə İctimai Palatanın görüşündə onlarla razılığa gəldik ki, hər iki aydan bir yenidən görüşək. Belə bir toplantının olması gözləniləndir. Amma bu görüşün bu gün, yoxsa sabah olacağını dəqiq deyə bilmərəm. Bu həftə ərzində olması gözlənilir”-deyə G.Aslanlı qeyd edib.

Görüşdə Qərb ölkələrinin diplomatik nümayəndələrinin iştirak edəcəyini deyən G.Aslanlı hansı məsələlərin müzakirə olunacağından isə xəbərsiz olduğunu bildirib:

“Sözün açığı görüşün gündəliyindən hələ mənim xəbərim yoxdur. Deyə bilmərəm hansı məsələlər müzakirə olunacaq. Adətən belə hallarda Azərbaycanda olan vəziyyət haqqında müzakirələr aparılır”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu