Modern.az

Bakıda içməli suyun verilişində məhdudiyyət olacaq

Bakıda içməli suyun verilişində məhdudiyyət olacaq

Təhsil

24 Aprel 2012, 12:15

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə aprelin 24-də Nəsimi rayonunun S.Rəhimov küçəsində yeni çəkilmiş magistral xəttin (diametri 400 mm) şəbəkəyə qoşulması işləri aparılacaq.

Bununla əlaqədar aprelin 24-də axşam saatlarına qədər Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Rəhimov, C.Hacıbəyli, Ə.Topçubaşov, R.Rza küçələrinə, Xətai prospektinə, həmçinin Dəmiryol vağzalı ətrafı əraziyə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu