Modern.az

Azərbaycan deputatı AŞPA-da rəsmi İrəvana təzyiq olunmamasına irad tutub

Azərbaycan deputatı AŞPA-da rəsmi İrəvana təzyiq olunmamasına irad tutub

Təhsil

24 Aprel 2012, 13:05

Millət vəkili Qənirə Paşayeva AŞPA–nın yaz sessiyasının ilk iclas günündə Ermənistan tərəfindən işğalının 20-ci ildönümü yaxınılaşan Şuşa və Laçın məsələsini qaldırıb. Avropa Şurası Nazirlər Komitəsinin sədri David Lidinqtonun assambleyada çıxışından sonra millət vəkili Qənirə Paşayeva ona müraciətlə deyib:
“Cəmi bir neçə gün sonra may ayında Ermənsitan tərəfindən Azərbaycanın Şuşa şəhərinin və Laçın rayounun işğalının 20-ci il tamam  olur. Artıq 20 ildir ki, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən Şuşa və laçınlıların öz doğma torpaqlarına,evlərinə dönməsinə Ermənistan tərəfindən imkan verilmir. Cənab Nazir, nə üçün Ermənistanın  işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi və haqları 20 ildir ki,  Ermənisitan tərəfindən tapdalanan  yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçknün öz torpaqlarına, evlərinə dönməsi üçün AŞ-nin rəsmi İrəvana təsir və təzyiq mexanizmləri işə salınmır?".

   Avropa Şurası Nazirlər Komitəsi sədri David Lidington isə bu məsələyə münasibətində deyib:   

“Siz haqlısınız ki, öz evinə dönə bilməyən on minlərlə qaçqın və məcburi köçkün ailəsi öz evinə dönə bilməməsi üzündən çox əziyyət çəkir və onlar öz evlərinə dönmək hüququ var. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu ilə eyni səlahiyyətləri bölüşmür.  Mən hesab edirəm ki, Minsk qrupu çərçivəsində münaqişənin həlli yollarının tapılması üçün səylər  artırmalıdırlar. Həll yolları nə qədər tez tapılsa,evlərinə dönə bilməyən qaçqın və məcburi köçkünlərin evlərinə dönə bilməməsi üçün çəkdiyi  əziyyətlər o qədər tez başa çatar  və onlar öz torpaqlarına qayıda bilərlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu