Modern.az

Daxili İşlər Nazirliyi: “ Sulutəpədə 9 nəfərin döyülməsi ilə bağlı cinayət işi açılıb”

Daxili İşlər Nazirliyi: “ Sulutəpədə 9 nəfərin döyülməsi ilə bağlı cinayət işi açılıb”

Təhsil

24 Aprel 2012, 13:20

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalist – “Ayna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları ilə yanaşı 7 nəfər də döyülüb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. İstintaqın yekunları ictimaiyyət üçün açıqlanacaq.  

  Qeyd edək ki, Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalistin döyülməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətində də xüsusi Komissiya yaradılıb. Amma komissiyanın işi barədə məlumat öyrənə bilmədik.  


 

Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu