“Dünyanın hər bir yerində, hər bir insan bu uydurma, ziyanlı, insanlığa qarşı çevrilmiş ideologiyaya “yox” deməlidir” Modern.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov uydurma “erməni soyqırımı”na həsr olunan tədbirdə deyib.
“Biz soyqırımı iddialarının tamamilə yalan və iftira olduğunu bir daha bəyan etmək istəyirik. Tarixdə çox yalanlar olub. Ancaq hesab edirəm ki, yaşadığımız bölgənin həyatında ən böyük yalan, iftira və ədalətsizlik uydurma “erməni soyqırımı”dır”-deyə Ə.Əhmədov vurğulayıb.
Qeyd edək ki, YAP-ın təşkilatçılığı ilə keçirilən dəyirmi masada millət vəkili Siyavuş Novruzov, Mübariz Qurbanlı və eləcə də digər millət vəkilləri iştirak ediblər.
Anar RÜSTƏMOV