Modern.az

Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək

Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək

Dünya

7 Aprel 2020, 12:00

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin Aprel döyüşləri ilə bağlı ifadə verəcək.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan bildirib.

 

Sarkisyanın aprel döyüşlərinin səbəb və nəticələrini araşdıran komissiya qarşısına çıxması seçimindən asılı olaraq, aprelin 13-ü yaxud 16-sı baş tuta bilər. Eks-prezidentin ofisi artıq dəvəti alıb.

 

Baş nazir Nikol Paşinyan isə görüşün döyüşlərlə bağlı araşdıramnın kulminasiya nöqtəsi olacaqğını düşünür.

 

 

Ermənistanda aprel döyüşləri ilə bağlı komissiya işini iyunda yekunlaşdıracaq.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi