Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə Azərbaycanda akkreditasiya olunmuş beynəlxalq təşkilatların yerli bürolarının və xarici ölkə səfirliklərinin təmsilçilərinin görüşü artıq başlayıb. Görüşdə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri iştirak edir. Avropa Şurasıının, ATƏT-in, Avropa Birliyinin təmsilçiləri, habelə 15-dən artıq diplomatik korpus nümayəndəsi İP rəhbərliyi ilə görüşə gəlib. Görüşdən sonra mətbuata əlavə məlumat veriləcək.
Sonuncu belə görüş 2011-ci il aprelin 8-də keçirilib. Görüşdə Avropa Birliyinə daxil olan ölkələrin Bakıdakı səfirləri, ABŞ səfirliyinin təmsilçisi, ATƏT-in Bakı ofisinin sabiq rəhbəri Əli Bilgə Cankorel və digər qərb təşkilatlarının ümumilikdə 20-yə yaxın təmsilçisi iştirak edib.
Həmin vaxt hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov xarici diplomatların müxalifətlə gizli görüşünü qeyri-normal hal adlandırıb. O bildirib ki, bir sıra beynəlxalq təşkilatlar və səfirliklər ictimaiyyətdən gizli söhbətlər aparılmasına meylli olmamalıdır.
Modern.az