Modern.az

Araz Əlizadə: “Üzündən köçürən bisavad da siyasi partiya yaradır”

Araz Əlizadə: “Üzündən köçürən bisavad da siyasi partiya yaradır”

Təhsil

24 Aprel 2012, 15:43

“Azərbaycanda üzündən köçürən bisavad da siyasi partiya yaradır”. Bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Modern.az saytına parlamentin bir neçə gün bundan öncə qəbul etdiyi “Siyasi Partiyalar haqqında”qanuna dəyişiklikləri  şərh edərkən səsləndirib. A.Əlizadə partiyaların maliyyələşməsi ilə bağlı qanuna edilən dəyişiklikləri müsbət qiymətləndirib. O, qeyd edib ki, müxalifət partiyalarının maliyyə yardımından kənarda qalmasını ədalətsizlik hesab etmək olmaz:

“Mən qəbul olunan “Siyasi partiyalar haqqında” qanunu müsbət qiymətləndirirəm. Dünya təcrübəsində belədir ki, parlamentə düşən partiyalar büdcədən maliyyələşir. Təsəvvür edin Azərbaycanda 100-dən çox partiya var. Kiminsə nizamnaməni üzündən köçürməyə savadı var,  elan edir ki, mənim partiyam var. Partiyada da bundan başqa heç kim yoxdur. Bir özüdür, bir də papkası. Necə olar ki, bu kimi insanlar büdcədən maliyyələşdirilsin. Bu işsizliyin aradan qaldırılmasıdır ki?”.

ASDP həmsədri siyasi partiyaların maliyyələşməsi üçün tətbiq edilən 3 faizli baryer məsələsinə toxunaraq bildirib ki, bu sistem gülünc görünür.

“Mən dəfələrlə bildirmişəm ki, 3 faizli baryer məsələsi Azərbaycanda proporsiynal seçki sistemi bərpa olunmayınca təmin edilə bilməz. Bu çox gülünc görünür. Tutaq ki, seçkilərdə YAP 125 namizəd irəli sürüb, ASDP isə 5 namizəd irəli sürüb. YAP-ın pulu var, ASDP-nin isə pulu yoxdur. Bu necə ola bilər?”-deyə o vurğulayıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu