Sumqayıtda cinayətkar dəstə tərəfindən azyaşlı uşaqların oğurlanaraq orqanlarının çıxarılması barədə xəbərlər yayılıb. Modern.az bildirir ki, bu tip məlumatlar sosial şəbəkələrdə və ictimai nəqliyyatda da ciddi müzakirə mövzusuna çevrilib.
Məlumatlara görə, bu xəbərlər əksər məktəb direktorlarını valideynlərə ciddi xəbərdarlıq etməyə vadar edib. Məktəb direktorları valideynlərə övladlarını məktəbə özləri ilə aparıb-gətirməyi tapşırıb. Belə məlumatlar valideynləri də təşvişə salıb. Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov Modern.az-a açıqlamasında bu məlumatların təkzib edərək bildirdi ki, yayılan xəbərlərin hamısı şaiyədir.