Dünyada bir gündə yeni növ koronavirusa (COVİD-19) yoluxanların və ölənlərin sayı rekord həddə çatıb.
Modern.az xəbər verir ki, dünən pandemiyanın qeydə alındığı 209 ölkə üzrə 84,915 şəxsdə virus aşkarlanıb, 7,380 nəfər isə ölüb.
Ötən gün ən çox koronavirus xəstəsi aşkarlanan və virusdan ölənlər ABŞ və Fransada qeydə alınıb. Belə ki, ABŞ-da yoluxanların sayı 33,331, ölənlərin sayı isə 1,970 nəfər olub.
Fransada isə 11,059 yoluxma, 1,417 ölüm qeydə alınıb.
Qeyd edək ki, hazırda dünyada pandemiyaya yoluxanların ümumi sayı 1 milyon yarıma çatır, 82 mindən çox insan virusun qurbanı olub, sağalanların sayı isə 301 mindən çoxdur.
T.İSMAYIL