Mədəniyyət və Turizm Nazirliyi Müsavat Partiyasının qurultayla bağlı rəsmi məktubuna cavab verib. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib. Deyib ki, nazirlik Opera və Balet Teatrının partiyanın sərəncamına verilməsindən imtina edədək, bu barədə Müsavata məktub göndərib.
Bildirilib ki, iki həftə öncə partiya başqanı İsa Qəmbərin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ünvanladığı müvafiq müraciətə cavab almaq üçün bu gün nazirliyə gedib, orada ona imtina məktubu təqdim edilib.
Xatırladaq ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən sonra qurultay keçirmək üçün bir müddət öncə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət edib.
Anar RÜSTƏMOV