Modern.az-ın məlumatına görə, Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenko aclıq aksiyasına başlayıb. Bu barədə Y.Timoşenkonun vəkili Sergey Vlassenko məlumat verib.
Bildirilib ki, eks baş nazir siyasi təzyiqlərə məruz qaldığını əsas gətirərək sərhədsiz olaraq aclıq aksiyasına başlayıb. Y.Timoşenkonun səhhətində müəyyən problemlərin olduğu qeyd edilib.
Xatırladaq ki, sabiq baş nazir Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə bağaladığı enerji anlaşmasında yol verdiyi xətalara görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Anar RÜSTƏMOV