Modern.az

İsa Qəmbər: “Avropalı diplomatlarla ölkədəki vəziyyəti ciddi müzakirə etdik”

İsa Qəmbər: “Avropalı diplomatlarla ölkədəki vəziyyəti ciddi müzakirə etdik”

Təhsil

24 Aprel 2012, 17:44

Modern.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri ilə görüşü başa çatıb.

Görüşdən sonra mətbuat üçün açıqlama verən Müsavat başqanı İsa Qəmbər bildirib ki, bu, diplomatlarla ənənəvi görüşlərdən biri olub.

Görüşdə ölkədəki və regiondakı vəziyyətin müzakirə olunduğunu deyən İsa Qəmbər qeyd edib ki, diplomatlarla Azərbaycanla Avropa arasında münasibətlər, 2011-ci ilin 2 aprel aksiyası ilə bağlı həbs edilən şəxslər, həbsdə olan jurnalistlər, “Kür Vətəndaş Cəmiyyəti” Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsi, jurnalist İdrak Abbasovun döyülməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Konstantinos Yerekostopulos, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle , ABŞ, Norveç, Latviya, Polşa, Yunanıstan, Türkiyə, Böyük Britaniya və digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak edib.

İP KŞ üzvlərindən isə görüşə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçiləri İlqar İbrahimoğlu, Leyla Əliyeva, politoloq Zəfər Quliyev, Köçəri Nağıbəyli və sabiq deputat Pənah Hüseyn iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu